Bank Of Baku

İlin əvvəlindən Gürcüstandan Azərbaycana avtomobil ixracı 2 dəfədən çox azalıb

İlin əvvəlindən Gürcüstandan Azərbaycana avtomobil ixracı 2 dəfədən çox azalıb
# 29 dekabr 2014 07:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 252 302,9 min dollar dəyərində 16 791 minik avtomobili ixrac olunub.

 

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 373 avtomobil və ya 2,45 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 31,8% azalıb.

 

Qeyd edək ki, bu ilin 11 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 49,4% təşkil edib.

 

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 51,2%-ni təşkil edib.

 

Bu ilin yanvar-noyabr ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 19,4% təşkil edib.

 

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 510 700,1 min dollar dəyərində məhsul  ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR