Bank Of Baku

İnşaatçılar prospektində nəqliyyatın hərəkətinin tənzimlənməsində dəyişiklik edilib - FOTOSESSİYA

İnşaatçılar prospektində nəqliyyatın hərəkətinin tənzimlənməsində dəyişiklik edilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 aprel 2015 09:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İnşaatçılar prospektində nəqliyyatın hərəkətinin tənzimlənməsində dəyişiklik edilib.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən “APA-Economics”ə verilən məlumata görə, İnşaatçılar prospektində Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə tıxacların aradan qaldırılması və nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün Naxçıvani və Abdulla Şaiq küçələrindən “Statistika” dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri birbaşa İnşaatçılar prospektindəki dairəyə daxil olaraq, sıxlıq yaratmayacaqlar. “Çünki, prospektdə səki daşları ilə əhatə olunan təhlükəsizlik zolağı quraşdırılıb. Təhlükəsizlik zolağının içərisində yaşıllıq zonası salınıb. Bundan sonra, həmin nəqliyyat vasitələri ancaq düzünə İnşaatçılar prospektinə daxil olaraq “Hyyat Regency” oteli istiqamətində və İnşaatçılar prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verdikdən sonra sağa dönərək Bəsti Bağırova küçəsi ilə hərəkətlərinə davam edə biləcəklər. Naxçıvani küçəsindən gələrək İnşaatçılar prospekti Dövlət Statistika komitəsinin qarşısında yerləşən dairəyə daxil olmaq istəyən nəqliyyat vasitələri sola Abdulla Şaiq küçəsinə dönməlidirlər”, - deyə məlumatda vurğulanır.

 

İnşaatçılar prospekti “Həyat Regency” oteli tərəfindən hərəkətdə olan nəqliyyat vasitələrinin Dövlət Statistika Komitəsi dairəsində maneəsiz şəkildə hərəkəti üçün də müəyyən işlər görülüb. Belə ki, dairə ilə üzbəüz nişanlanma xətləri ilə çəkilmiş təhlükəsizlik zolaqların ölçüləri kiçildilib. Nəticədə dairə ilə zolaqlar arasındakı məsafə, yəni yolun hərəkət hissəsi bir neçə metr genişləndirilib. Artıq İnşaatçılar prospektindəki dairədə zəruri olan yerlərdə nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR