Bakı. Vüsal Nəbiyev - APA-Economics. İpək Yolu layihəsinin Bakı-Ələt-Qazax-Gürcüstan hissəsində təmir işləri davam etdirilir.
"Azəryolservis" ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev "APA-Economics"ə verdiyi açıqlamada, hazırda Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə iki hərəkət zolağı tikilməklə birinci texniki dərəcəli dördzolaqlı yol standartlarına çatdırılması işlərinin davam etdirildiyini bildirib.
Qeyd edək ki, tarixi İpək Yolu layihəsinin ölkə ərazisindən keçən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi hissəsi Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edir. Magistralın Bakı-Ələt hissəsinin 2-14, 22-69-cu kilometrlik sahələrinin, Ələt-Hacıqabul,Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yexlax, Yevlax-Gəncə, Gəncə dairəvi, Gəncə-Qazax, Tovuz dairəvi, Qazax-Gürcüstan ilə dövlət sərhədi hissələrin bərpası, yenidən qurulması və təkmilləşdirilməsi işləri yekunlaşıb.