Bank Of Baku

İrandakı regional iclasın katibi: “Bu dəhliz çərçivəsində infrastrukturun təkmilləşdirilməsi üçün lazimi sərmayə təmin edilməlidir”

İrandakı regional iclasın katibi: “Bu dəhliz çərçivəsində infrastrukturun təkmilləşdirilməsi üçün lazimi sərmayə təmin edilməlidir”
# 20 dekabr 2015 16:45 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. İranın Tehran şəhərində Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) "Nəqliyyat bağlantılarının gücləndirilməsi siyasəti barədə dialoq" mövzusunda IV regional iclası keçirilib

 

İclasla bağlı APA-nın İran bürosunun əməkdaşına danışan regional iclasının katibi Teymur Bəşir Qonbədi deyib ki, iclasda region ölkələri arasında nəqliyyat bağlantılarının gücləndirilməsi istiqamətində mövcud olan problemlər və onlardan çıxış yolları, eləcədə nəqliyyat bağlantılarının inkişaf etdirilməsi üçün imkanlar müzakirə olunub.

 

“Həmçinin Cənub,  Qərbi Asiyanın cənubu və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat dəhlizlərinin gücləndirilməsi yolları da müzakirə olundu və infrastrukturun inkişafı üçün sərmayələrin cəlb olunmasına qərar verildi” deyə T. Qonbədi bildirib.


Onun sözlərinə görə, region ölkələri arasında ən əhəmiyyətli dəhlizlərdən biri şimal-cənub dəhlizidir. “Bu dəhlizdə İran və Azərbaycan mərkəzdə yerləşir, Cənub və Asiyanın şərqini Rusiya və Avropaya birləşdirir. Şimal-cənub dəhlizinin təkmilləşdirilməsi üçün dəhliz üzərində olan ölkə rəhbərlərinin ciddi iradələri var. Bu dəhliz çərçivəsində infrastrukturun təkmilləşdirilməsi üçün lazimi sərmayə təmin edilməlidir”.
 

Qeyd edək ki, 20-21 dekabr 2015-ci il tarixlərində Tehran şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyinin birgə təşkilatçılığı ilə "Nəqliyyat bağlantılarının gücləndirilməsi siyasəti barədə dialoq" mövzusunda IV regional iclası keçirilir.  İclas zamanı subregional bağlantıların gücləndirilməsinin potensial imkanları və çağırışlar, bağlantıların möhkəmləndirilməsi istiqamətində təcrübə mübadiləsi məsələləri müzakirə ediləcək, davamlı nəqliyyatın inkişaf etdirilməsi istiqamətində iştirakçı dövlətlərin məruzələri dinləniləcək və bu istiqamətdə regional çərçivədə tövsiyələr təqdim ediləcək.
 

İclasda Azərbaycandan da nümayəndələr iştirak edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR