Bakı. Vüsal Nəbiyev – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Eldar Mahmudovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə xalis çəkisi 7,83 qram olan narkotik vasitə - tiryək, 3 ədəd bükümdə isə ümumi xalis çəkisi 23,19 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Bu barədə “APA-Economics”ə komitənin mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı təhqiqat aparılır.