Bank Of Baku

İrandan Azərbaycana narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb
# 28 iyul 2015 08:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Ehtiram Əliyevin çantasına baxış zamanı çantadan bir ədəd bükümdə, xalis çəkisi 2,73 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.

 

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində isə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Mahir Sadıqovun əl yüklərinə baxış zamanı təsiredici maddəsinin xalis çəkisi 4,0 qram olan 100 ədəd narkotik vasitə - metadon aşkar edilib.

 

Hər iki faktla bağlı təhqiqat aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR