Bank Of Baku

İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə keçirilməsinin qarşısı alınıb
# 02 dekabr 2015 07:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Ghanı Goltapeh Morteza Sıaba məxsus pul kisəsinin içərisindən- vizit kartı üçün nəzərdə tutulmuş yerdən metadon adlı həbin qırıntısı (həbin 1/4 miqdarında) aşkar edilib.

 

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Bundan başqa, Ghanı Goltapeh Morteza Sıab üzərində şəxsi yoxlama zamanı onun corabından üç ədəd sellofan paketdə, cəmi 46 ədəd buprenorfin adlı həb aşkar olunaraq götürülüb.

 

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in, buprenorfin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II Siyahısına daxildir.

 

Adı çəkilən İran vətəndaşından aşkar olunan metadon adlı həbin qırıntısında metadonun təsiredici maddəsinin miqdarı 0,01 qram, buprenorfin adlı 46 ədəd həbdə isə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,092qram təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR