Bakı. Musa Əhmədov - APA-Economics. “Bakı Yol Tikinti-1” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
"APA-Economics"in məlumatına görə, yığıncaq dekabr ayının 29-da saat 12:00-da Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən “Asfalt-beton” zavodunda baş tutacaq.
Ümumi yığıncağı gündəliyinə Cəmiyyətin İdarə Heyətinin tərkibinin, direktorunun seçilməsi və sair məsələlər daxildir.