Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İrlandiyanın sement istehsalçısı "CRH" rəqibləri olan "Holcim" və "Lafarge"nin 6,5 mlrd. avroluq aktivlərini alır.
"APA-Economics"in "The Financial Times" qəzetinə istinadən verdiyi xəbərə görə, indiki halda bu "CRH" üçün ən böyük alqı-satqı əməliyyatıdır.
"Holcim" və "Lafarge" şirkətlərinin aktivlərini satması tənzimləyicilərdən birləşməyə razılıq almaq üçün atılıb.
"CRH" razılaşma nəticəsində öz qlobal biznesini əhəmiyyətli dərəcədə genişləndirə biləcək. Şirkət Filippin, Kanada, Braziliya və Avropanın bir neçə ölkəsində istehsal obyektləri əldə edəcək.
Qeyd edək ki, bir qədər əvvəl “Holcim”in ikinci əsas səhmdarı Filaret Qalçev şirkətin Fransanın “Lafarge” şirkəti ilə birləşməyə razılıq verdiyini bəyan edib.