Bank Of Baku

İsveçrə korporasiyası "Azərsu" ASC ilə əməkdaşlığa maraq göstərir

İsveçrə korporasiyası "Azərsu" ASC ilə əməkdaşlığa maraq göstərir
# 28 may 2015 09:50 (UTC +04:00)

“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, seminarda ABB korporasiyasının nümayəndələri bildiriblər ki, təmsil etdikləri şirkət “Azərsu” ASC-nin həyata keçirdiyi yerli və beynəlxalq layihələrdə iştirak etmək, qarşılıqlı əlaqələri möhkəmləndirmək, texniki dəstək göstərməkdə maraqlıdır. Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə yaxından iştirak etdiklərini xatırladan ABB korporasiyasının mütəxəssisləri su təchizatı və kanalizasiya sektorunda da əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıblar.

 

Seminarda  ABB korporasiyasının mütəxəssisləri avtomatika, energetika, proqram təminatı, su və kanalizasiya sistemləri üzrə geniş təqdimatla çıxış ediblər.

 

Qeyd edək ki, İsveçrənin ABB transmilli korporasiyası 1988-ci ildə təsis edilib. Mənzil qərargahı İsveçrənin Sürix şəhərində yerləşən şirkət avtomatika, energetika, robot texnikası sahələri üzrə ixtisaslaşıb. Şirkət dəniz suyunun duzsuzlaşdırılması, su nasos stansiyaları, su paylayıcılar, irriqasiya, sutəmizləyici qurğular, su yolları və sahil mühafizəsi, SCADA və digər idarəetmə sistemləri üzrə xidmətlər göstərir. Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən şirkətin işçi sayı 150 min nəfərdən çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR