Bank Of Baku

İyirmi yeddi ölkə arasında dəmir yollarında qarşılıqlı hesablaşma və borcların ödənilmə mexanizmi olacaq

İyirmi yeddi ölkə arasında dəmir yollarında qarşılıqlı hesablaşma və borcların ödənilmə mexanizmi olacaq
# 25 aprel 2016 09:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Qırğızıstanın Çolpon-Ata şəhərində Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan dövlətlərin dəmir yollarının Baş direktorlar (məsul nümayəndələrin) Konfransının XXXI iclası başlayıb.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, aprelin 29-da başa çatacaq iclasda DYƏT-in yük daşımaları, sərnişin daşımaları, infrastruktur və heyət tərkibi Komissiyalarının 2015-ci il üzrə fəaliyyəti, DYƏT-in kodlaşdırma və informatika,  maliyyə və hesablaşma məsələləri üzrə Daimi işçi qruplarının 2015-ci il üzrə fəaliyyətinin nəticələri, dəmir yolları arasında qarşılıqlı hesablaşmalar  və borcların ödənilmə mexanizmi, DYƏT-in 2015-ci ildə fəaliyyəti üzrə hesabatı, DYƏT-in 2017-ci və gələcək illər üçün fəaliyyət Proqramı, DYƏT-in 2016-cı il üçün son və  2017-ci il üçün ilkin büdcəsi, DYƏT-in Təftiş komissiyasına üzvlüyün ardıcıllığı, Baş direktorlar Konfransının XXXII iclasının keçirilmə tarixi və yeri haqqında məsələlər müzakirə olunacaq.  

 

DYƏT Baş direktorlar (məsul nümayəndələrin) Konfransının XXXI iclasında “Azərbaycan Dəmir Yolları” QSC-ni Maliyyə İdarəsinin rəis müavini Azad Hüseynov, Beynəlxalq əlaqələr və Hüquq İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Angelina Şurqanova və Beynəlxalq əlaqələr və Hüquq İdarəsinin Hüquqi təminat şöbəsinin baş hüquqşünası Fuad Qasımzadədən ibarət nümayəndə heyəti təmsil edəcək.

 

Qeyd edək ki, DYƏT 28 iyun 1956-cı ildə Sofiya şəhərində dəmir yoluna rəhbərlik edən nazirlərin nazirlər müşavirəsində  yaradılıb. 27 ölkənin dəmir yolu nəqliyyatına  rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir.  DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir. Azərbaycan Dövlət Dəmir Yolu 1993-cü ilin iyul ayından DYƏT-in üzvüdür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR