Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyunun 14-dən “Anqara” aviaşirkəti Novosibirsk-Lənkəran-Novosibirsk marşrutu üzrə 905 və 906 nömrəli reyslərlə birbaşa daimi uçuşlar həyata keçirəcək.
Bu barədə “APA-Economics” “Tolmaçyovo” hava limanının mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, yeni marşrut üzrə uçuşlar həftənin bazar günləri həyata keçiriləcək. 905 nömrəli reysin Novosibirskdən uçuş vaxtı 06:45, Lənkərana çatma vaxtı 11:00-dır.
906 nömrəli reyslə Lənkərandan Novosibirskə yola düşmə saatı 12:00, eniş saatı isə yerli vaxtla 17:40-dır.
Reyslər 75 nəfər sərnişin tutumuna malik “An-48” tipli təyyarələrlə həyata keçiriləcək.