Bakı. Aynur Əliyeva - APA-Economics. “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsini icra edən Kiril Qaburiç müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq şirkəti tərk edəcəyini elan edib.
“Azercell”dən “APA-Economics”ə daxil olan məlumata görə, K. Qaburiç “TeliaSonera Qrupu” xaricində digər karyera imkanlarını nəzərdən keçirməyi qərara alıb.
O, 14 ilə yaxın bir zaman ərzində qrup daxilində çalışıb, “Azercell”ə qoşulmazdan əvvəl “Moldcell” şirkətinin prezidenti kimi fəaliyyət göstərib.
Qeyd edək ki, “Azercell Telekom”un Hüquq Departamentinin rəhbəri Vahid Mürsəliyev 2015-ci il yanvar ayının 5-dən şirkətin təsisçisi tərəfindən yeni prezident təyin edilənə qədər şirkətin prezidenti vəzifələrini icra edəcək.