Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Hacıqabulda rayon ictimaiyyəti və fəalları ilə görüşüb.
"APA-Economics"in xəbərinə görə, komitə sədri görüşdə vurğulayıb ki, ölkə başçısının tapşırığına əsasən bu il geniş özəlləşdirmə proqramı icra ediləcək: "Bu sahəyə yerli və xarici investorlar cəlb ediləcək. Artıq komitə geniş özəlləşdirmə proqramının hazırlanması istiqamətində tədbirlərə başlayıb. Yerli və xarici investorların prosesə aktiv cəlb olunması nəzərdə tutulur. Genişmiqyaslı özəlləşdirmə nəticəsində dövlət büdcəsinin gəlirləri artacaq, bu gəlirlər qeyri-neft sektoru inkişafına yönəldiləcək. Regionların iqtisadi potensialı güclənəcək".