Bank Of Baku

Kommunal sahədə əhaliyə göstərilən xidmətlər vahid məkanda həyata keçiriləcək

Kommunal sahədə əhaliyə göstərilən xidmətlər vahid məkanda həyata keçiriləcək
# 29 aprel 2016 11:05 (UTC +04:00)

Bakı. Azərbaycanda kommunal sahədə əhaliyə göstərilən xidmətlər vahid məkanda həyata keçiriləcək.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

 

Milli Fəaliyyət Planına əsasən Korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi  çərçivəsində “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, Ədliyyə Nazirliyi  2016-2017-ci illərdə kommunal sahədə əhaliyə göstərilən xidmətlərin müştəri məmnunluğu və şəffaflıq prinsipləri əsasında vahid məkanda həyata keçirilməsi üzrə təkliflərin hazırlanmasını təmin etməlidir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR