Bank Of Baku

Masallıda “Sənaye məhəlləsi”nin tikintisinə başlanılıb

Masallıda “Sənaye məhəlləsi”nin tikintisinə başlanılıb
# 21 iyul 2017 23:10 (UTC +04:00)

Masallıda “Sənaye məhəlləsi”nin tikintisinə başlanılıb.

 

Bu barədə APA-nın cənub bürosuna Masallı rayon  icra hakimiyyəti başçısınin müavini Nəsir Muxtarlı məlumat verib.

 

Onun sözlərinə görə, bunun üçün rayon icra hakimiyyəti tərəfindən  10 hektar ərazi ayrılıb. Artıq fəhlələr üçün ilk modul tikilinin inşasına başlanılıb. Burada istehsal və emal üçün hər cür şərait yaradılacaq, qaz, işıq, su, məhəllə daxili yollar çəkiləcək, internetə çıxış imkanları yaradılacaq, istehsal və emal üçün normal şəraiti olan otaqlar tikiləcək. 

 

İstənilən şəxs layihələrini təklif edib, yer icarəyə götürə bilər. İşlər yekunlaşdıqdan sonra  “Sənaye məhəlləsi”ndə 1000-dən artıq  insanın çalışacağı planlaşdırılıb.

 

Qeyd edək ki, inşaat işlərinin 2018-ci ilin əvvəllərində başa çatacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR