Bank Of Baku

Mayın 17-də altı saat ərzində I Avropa Oyunlarının bir günü canlandırılacaq - VİDEO

Mayın 17-də altı saat ərzində I Avropa Oyunlarının bir günü canlandırılacaq - <span style="color: red;">VİDEO
# 15 may 2015 12:07 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Mayın 17-də “Bakı-2015” I Avropa Oyunlarının bir günü canlandırılacaq.

 

Bu barədə APA-Economics”ə Avropa Oyunlarının Təşkilat Komitəsindən məlumat verilib.

 

Yarışlar zamanı əməliyyatlara hazırlıq sınaqdan keçiriləcək.

 

Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri 6 saat ərzində - 08:00-dan 14:00-a qədər davam edəcək.

 

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artırılacaq. Buna səbəb iyunun 12-də start götürəcək Avropa Oyunları üçün “Bakı-2015”in hazırladığı əməliyyat proqramlarını sınaqdan çıxarmaqdır.

 

Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etmək xahiş olunur:

 

- Bakı-2015 Tamaşaçı Məlumat Mərkəzi - 2015 nömrəsinə zəng etməklə;

 

- Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin internet səhifələri.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR