Bakı. Musa Əhmədov - APA-Economics. “ASAN ödəniş” sisteminin Hökumət Ödəniş Portalına (KÖMİS) inteqrasiya olunması üzərində iş aparılır.
Bunu “APA-Economics”ə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri və Hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı deyib.
Onun sözlərinə görə, Nəqliyyat, Energetika, Təhsil Nazirliklərinin və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin portala inteqrasiyası aktiv icra dövründədir.
V. Qurbanlı bildirib ki, yaxın vaxtlarda bu proses başa çatdırılacaq.
“Qarşımızda duran cəlb olunması vacib sayılan sahələr isə məhkəmə qərarları üzrə ödənişlər, bələdiyyə vergiləri üzrə çox böyük işlər görülməlidir. Bundan başqa, notarial xidmətlər, standartlaşdırma və patent xidmətləri üzrə ödənişlərin də sistemə inteqrasiyası planlaşdırılmalıdır. Sistemin imkanlarından istifadə olunarsa, çox böyük müsbət nəticələrə nail oluna bilər”, -deyə V.Qurbanlı vurğulayıb.