Bank Of Baku

Metrodan istifadə edənlərin sayında azalma davam edir

Metrodan istifadə edənlərin sayında azalma davam edir
# 14 iyul 2016 10:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar-iyun aylarında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 109,3 milyon nəfər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% azdır.

 

Xatırladaq ki, yanvar-may aylarında metrodan istifadə edənlərin sayı 2,7% azalaraq 91,7 milyon nəfər olub.

 

Ümumilikdə nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,9%-i metronun payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR