Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Milli Məclisin plenar iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, qanun layihəsində dəyişiklik qabaqlayıcı qeydiyyatla bağlıdır və texniki xarakter daşıyır.
Millət vəkili Çingiz Qənizadə mənzil və qeyri-yaşayış sahələri ilə bağlı qabaqlayıcı qeydiyyatla bağlı prosedurun tam işləməsinin vacib olduğunu vurğulayıb: “Bu halda bir mənzilin, qeyri-yaşayış sahəsinin bir neçə nəfərə satılması, vətəndaşların aldadılması halları aradan qalxacaq”.
Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.