Bank Of Baku

® Milli Holcim Mükafatı Müsabiqəsinin qalibləri elan olunub

<font color=red>® </font>Milli Holcim Mükafatı Müsabiqəsinin qalibləri elan olunub
# 02 dekabr 2014 10:20 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Tikinti sahəsində davamlı inkişaf” - bu şüar altında keçirilən Milli Holcim Mükafatı Müsabiqəsinin qalibləri elan olunub. Bu müsabiqə “Holcim Fondu”nun təşkil etdiyi Qlobal Holcim Mükafatları müsabiqəsinin davamıdır.

 

Müsabiqə innovativ və avanqard ideyaların yarışması olmaqla yanaşı, layihələr davamlı inşaatın 5 əsas prinsipləri üzərində qurulub: tərəqqi, əhali, planet, inkişaf və peşəkarlıq. Qaliblər 3 kateqoriya üzrə - qızıl, gümüş və bürünc mükafatlarına layiq görülüb.

 

Milli Holcim Mükafatına təqdim edilmiş layihələrə geniş tərkibli münsiflər heyəti və mütəxəssislər baxıb.

 

Qızıl mükafata “Çoxmərtəbəli bostan” layihəsi layiq görüldü. Şəhər mərkəzində inşa edilməsi nəzərdə tutulan layihənin əsas məqsədi binada tərəvəz bitkiləri yetişdirilməklə yanaşı, həm də eksperimental labaratoriya funksiyasını həyata keçirəcək ki, bu da ictimaiyyət üçün tərəvəz muzeyi rolunu oynayacaq. Layihənin müəllifi İlqar Əliyev təqdimat zamanı qeyd edib: “İnşaat sahəsinin imkanları genişlənərək, incəsənət, sosial, ekologiya sahələri ilə artıq birləşib. Belə layihələrin dəstəklənməsi Azərbaycanı Avropanın qabaqcıl ölkələri siyahısında olmasını bir daha təsdiq edəcək.”

 

Gümüş mükafat “Quba Rayonu Xınalıq kəndinin elektrik enerjisi və qaz təchizati üçün alternativ enerji mənbələrindən istifadə etməklə hibrid sistemin yaradılması” layihəsinə verilib. Xınalıq kəndində əhalinin (220 ev və ya 1800 nəfər) isti su və qazla təchiz olunması üçün hibrid “Günəş-Bioqaz” qurğularının layihələndirilib tikilməsidir. Bioqaz çoxşaxəli enerji mənbəyi kimi, birbaşa isitmə və işıqlandırma məqsədilə istifadə edilə bilməklə yanaşı, elektrik və mexaniki enerjiyə çevrilməsi də mümkündür. Bu mükafat layihənin müəllifi Fərhad Əliyevə verilib.

 

Bürünc mükafat isə günəş enerjisi hesabına su təmizləyici avadanlıqlarının quraşdırılması ilə seçilən Salyan rayonunda “PV sisteminin yüklənilməsi” layihəsinə təqdim edilib. Layihənin müəllifi Fəqan Əliyevdir. Layihədə çərçivə günəş enerjisi hesabına su təmizləyici avadanlıqların quraşdırılması nəzərdə tutulur ki, bu da əhalinin içməli suya olan tələbatının ödəyəcək. Bu tez bir zaman ərzində nəinki Salyan rayonunun əhalisinin, hətta sudan korluq çəkən digər rayonların da içməli su ilə təminatına öz töhfəsini verək.

 

Qalib layihələrdən əlavə xanım İradə Şirinzadənin müəllifi olduğu “Portland sementin sulfata davamlılığının artırılması yolları layihəsi” müsabiqənin laureatı olub. Sement daşı və betonun sulfata davamlılığının artırılması narın üyüdülmüş mineral əlavə və plastikləşdirici əlavələrlə birgə modifikasiyası yolu ilə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR