Bakı. Məlahət Nəcəfova - APA. Qəzvin-Astara və Astara-Astara dəmiryol xətlərinin inşası əvvəlkindən daha sürətlə davam edir.
APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.
Onun sözlərinə görə, 2016-cı ildə Astara-Astara dəmir yol xəttinin, 2017-ci ildə isə Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisinin tamamlanması planlaşdırılır: "Paralel olaraq Rəşt-Astara dəmir yol xəttinin tikintisi həyata keçiriləcək".