Bakı. Vüsal Nəbiyev – APA-Economics. Soçidən Azərbaycana baş tuta biləcək aviareyslə bağlı məsələyə münasibət bildirilib.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından “APA-Economics”ə verilən məlumata görə, quruma bununla bağlı rəsmi müraciət olunmayıb.
“Bizə rəsmi olaraq hələ ki, belə bir müraciət daxil olmayıb, amma daxil olduğu təqdirdə Rusiya tərəfi ilə bu məsələni müzakirə etməyə hazırıq”, - deyə Mülki Aviasiya Administrasiyasından bildirilib.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə isə, bu il ərzində Soçidən Azərbaycana uçuş nəzərdə tutulmayıb.
Qeyd edək ki, Rusiya mediasında Soçidən Azərbaycana aviareyslər təşkil olunacağı barədə xəbərlər yayılıb.