Bank Of Baku

Nardaran qəsəbəsində telefon və su problemi yaranması ilə bağlı məsələyə aydınlıq gətirilib

Nardaran qəsəbəsində telefon və su problemi yaranması ilə bağlı məsələyə aydınlıq gətirilib
# 28 noyabr 2015 12:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakının Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil.

 

Bunu “APA-Economics”ə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib.

 

Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb: “Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib”.

 

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə APA-Economics” qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR