Bank Of Baku

Nazir: “Azərbaycanın innovativ inkişaf siyasəti “qızıl üçbucaq” üzərində qurulur”

Nazir: “Azərbaycanın innovativ inkişaf siyasəti “qızıl üçbucaq” üzərində qurulur”
# 19 dekabr 2014 10:24 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan alimləri ölkə iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq oluna biləcək bir çox elmi nailiyyətlər əldə ediblər. Bu qurultayda müzakirə edilən məsələlər, burdan çıxacaq yeni ideyalar, qərarlar ölkənin elmi-texniki inkişaf strategiyasının əsasını təşkil etməklə, həm də ölkə iqtisadiyyatının gələcək inkişafı üçün çox əhəmiyyətlidir. Azərbaycan əldə etdiyi uğurlarına görə hər il dünyanın bir çox nüfuzlu forumlarının hesabatlarında ön sıralarda yer alır. Bizim ən böyük məqsədimiz iqtisadiyyatın neftdən asılılığını minimuma endirməkdir”.

 

"APA-Economics" xəbər verir ii, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı bildirib.

 

Nazir deyib ki, innovativ inkişaf siyasəti “qızıl üçbucaq” adlandırılan üç sütun - insan resursu, əlverişli mühit və kapital üzərində qurulur.

 

"İKT, nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar və digər elm tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur. Elmin inkişafı üçün onun maddi-texniki və informasiya bazasının gücləndirilməsi, gənc alim və mütəxəssislərə dəstək, onların xarici ali məktəblərdə təcrübə keçməsi, birgə tədqiqatların aparılması və intellektual mülkiyyətin qurulması əsas şərtlərdən biridir", - deyə Ə. Abbasov qeyd edib.

 

Nazir əlavə edib ki, Azərbaycanda elm tutumlu iqtisadi sektorun inkişafı, iqtisadiyyatın diversifikasiyası, innovativ məhsulların inkişafı və onların ixracı hazırda qarşıda duran əsas prioritet istiqamətlərindən biridir: “Elmi tədqiqatların iqtisadiyyatda tətbiqi mühüm məsələdir ki, hazırda iqtisadiyyatla elm arasında əlaqə olduqca zəifdir. Bu əlaqənin zəif olması innovativ sahəsinin inkişafı qarşısında böyük baryerdir”.

 

Bu sahədəki problemlərdən danışan nazir deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının böyük potensialı var, lakin innovativ məhsullar istehsal edən özəl sektor arasında əlaqə yoxdur.

 

“Mühəndislik, tətbiqi elmlərin inkişafı innovasiyanın inkişafı üçün olduqca vacibdir. Yüksək texnologiya məhsullarının sənayedə ixrac payı çox kiçikdir, cəmi 53 milyon dollar təşkil edir”, - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR