Bank Of Baku

Nazir: "Martdan Ukrayna-Çin dəmir yolu marşrutunun kommersiya istismarına başlanılacaq"

Nazir: "Martdan Ukrayna-Çin dəmir yolu marşrutunun kommersiya istismarına başlanılacaq"
# 05 fevral 2016 13:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin mart ayından etibarən Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmir yolu marşrutunun kommersiya istismarına başlanacaq. “APA-Economics” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Andrey Pivovarskiy bildirib.

 

"Təqribən fevralın 20-də Bakıda bütün texniki problemləri həll edəcək yekun protokol imzalanacaq. Bundan sonra isə deyə bilərik ki, mart ayından qatar adi biznes-rejimi ilə hərəkət edə biləcək”, - deyə nazir qeyd edib.

 

Xatırladaq ki, Ukraynanın Rusiyadan yan keçməklə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə hərəkət edən sınaq konteyner qatarı fevralın 2-də nəzərdə tutulan məntəqəyə çatıb.

 

Qeyd edək ki, sınaq xarakterli reys Ukraynanın İliçevsk vilayətindən yola düşməklə Qara və Xəzər dənizindən keçir. Qatar 20 vaqondan ibarətdir.

 

Yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər. Müvafiq protokolu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin rəisi Mamuka Baxtadze və “Ukrayna Dəmir Yolu” SC-nin İdarə heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR