Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan və Rusiya Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi üçün müvafiq sənədləri hazırlayıb".
"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Maksim Sakalov deyib.
"Ümid edirəm ki, müvafiq ekspertiza aparıldıqdan sonra gələn ildən körpünün tikintisinə başlamaq olar. Körpünün yenilənməsinə ehtiyac var. Çünki körpü tamamilə yararsız, qəzalı vəziyyətə düşüb", - deyə nazir qeyd edib.