Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Biz qardaş ölkə ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq edərək inqilabi nəticələr əldə edə bilərik”.
"APA-Economics" xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda keçirilən əməkdaşlıq konfransında çıxışı zamanı bildirib.
Nazir vurğulayıb ki, Azərbaycanda kənd təsərrüfatı Sovet dövründən prioritet sahə olub.
“Kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün qardaş Türkiyənin təcrübəsini öyrənəcəyik. Bu sahə ilə bağlı digər ölkələrin də təcrübəsi öyrəniləcək”, - deyə H. Əsədov bildirib.