Bakı. Vüsal Nəbiyev - APA-Economics. Latviya və Azərbaycan arasında hava və yol nəqliyyatı ilə daşımaçılıq sahəsində konstruktiv münasibətlər formalaşıb. "APA-Economics" xəbər verir ki, bu barədə Latviyanın kommunikasiya naziri Uldis Auqulis bu ölkədə səfərdə olan Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla görüşü zamanı deyib.
Latviyalı nazir bu əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bundan başqa, U. Auqulis Azərbaycan məhsullarının Avropaya ixracı zamanı Latviyanın nəqliyyat infrastrukturundan, o cümlədən dəniz limanı və dəmir yollarından istifadə etməyə çağırıb.