Bank Of Baku

Nazir müavini: “Azərbaycanda kompüter istehsalının yaradılmasını nəzərdə tutan layihə üzərində işlər aparılır”

Nazir müavini: “Azərbaycanda kompüter istehsalının yaradılmasını nəzərdə tutan layihə üzərində işlər aparılır”
# 14 yanvar 2015 08:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda kompüter istehsalının yaradılmasını nəzərdə tutan layihə üzərində işlər həyata keçirilir.

 

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

 

“Nazirlik güman edir ki, hazırlıq işləri yekunlaşdıqdan sonra, artıq bu sahədə konkret layihənin icrasına başlanılacaq”, - deyə nazir müavini qeyd edib.

 

Qeyd edək ki, ötən il verilən məlumata görə, “Acer” şirkəti Azərbaycanda kompüter texnikasının istehsalını təşkil edəcək. Azərbaycanda istehsalatın “KÜR” kompüter texnikası istehsalı zavodu ilə birgə həyata keçirilməsi planlaşdırılır.

 

İstehsal olunan texnika “İntel” şirkətinin prosessor və çiplərinə əsaslanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR