Bank Of Baku

Nazirlik: “BakuBus” mövcud tariflərə uyğun fəaliyyət göstərəcək

Nazirlik: “BakuBus” mövcud tariflərə uyğun fəaliyyət göstərəcək
# 12 may 2015 11:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “BakuBus” MMC-nin təklif etdiyi sərnişindaşıma xidmətləri mövcud tariflərə uyğun tənzimlənəcək.

 

APA-Economics”in xəbərinə görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlaması zamanı bildirib.

 

“İctimai nəqliyyatda bütün qiymətlər dövlət tərəfindən tənzimlənir və “BakuBus” MMC bu qiymətlərə uyğun fəaliyyət göstərəcək. Sadəcə hər kəs bilməlidir ki, bu avtobuslar ən müasir avtobuslardır. Vətəndaşlardan da xahişimiz budur ki, bu avtobuslarla çox diqqətli davransınlar. Tariflər isə eynidir və heç bir dəyişiklik olmayacaq”, - deyə M. Pənahov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR