Bank Of Baku

Nazirlik: “Bu gün internet təchizatında problem son tamamlama işləri ilə əlaqədardır”

Nazirlik: “Bu gün internet təchizatında problem son tamamlama işləri ilə əlaqədardır”
# 17 noyabr 2015 14:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gün saat 16:00 radələrində Azərbaycanda internetlə təchizatda yenidən problem yaranıb.

 

APA-Economics”in məlumatına görə, saat 16:00-dan etibarən təxminən 20 dəqiqə ərzində internetə giriş mümkün olmayıb.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə fakti təsdiqləyiblər. Nazirlidən bildirilib ki, internetlə təchizatda problem noyabrın 16-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı aparılan son tamamlama işləri ilə bağlıdır: “İnternetlə təchizatda fasilə 5-10 dəqiqəlikdir. Fasiləyə səbəb son tamamlama işləri və avadanlıqların yerinin dəyişməsi ilə əlaqədardır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR