Bank Of Baku

Nazirlik: “Hər evə optika” layihəsinin reallaşdırılması üçün yeni maliyyə mənbələri nəzərdən keçirilir

Nazirlik: “Hər evə optika” layihəsinin reallaşdırılması üçün yeni maliyyə mənbələri nəzərdən keçirilir
# 14 yanvar 2015 09:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda genişzolaqlı internetin inkişafı istiqamətində reallaşdırılan “Hər evə optika” layihəsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni maliyyə mənbələrinin cəlb edilməsi variantını nəzərdən keçirir.

 

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

 

E. Vəlizadənin sözlərinə görə, əvvəllər bu layihənin reallaşdırılmasında yeganə mənbə Dövlət Neft Fondunun vəsaitləri idi: “İndi isə biz bunun üçün başqa mənbələrin də cəlb edilməsini nəzərdən keçiririk. Burada başqa mənbə dedikdə müxtəlif strukturlardan kreditlərin cəlb edilməsini ehtiva edilir. Bu iqtisadi cəhətdən səmərəli layihə olduğu üçün ona maliyyə mənbələrinin tapılması da çətin olmayacaq”.

 

O bildirib ki, layihənin hazırda dəyəri dəqiqləşmə mərhələsindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR