Bank Of Baku

Nazirlik: I Avropa Oyunlarını telekommunikasiya xidmətləri ilə təmin etmək üçün lazımi tədbirlər birinci rübdə yekunlaşacaq

Nazirlik: I Avropa Oyunlarını telekommunikasiya xidmətləri ilə təmin etmək üçün lazımi tədbirlər birinci rübdə yekunlaşacaq
# 11 fevral 2015 08:08 (UTC +04:00)

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Tədbirlər Planında maliyyə-iqtisadi göstəricilərin, telekommunikasiya, peyk xidmətləri, radio və TV yayımı, radiotezliklərdən istifadə, poçt rabitəsi, tənzimləmə məsələləri, informasiya cəmiyyətinin inkişafı, beynəlxalq əlaqələr və digər məsələlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Bundan başqa, təsdiqlənən sənədə əsasən, I Avropa Oyunları ilə əlaqədar bir sıra işlərin görülməsi planlaşdırılır. Bu ilin I rübü ərzində Avropa Oyunlarını telekommunikasiya xidmətləri ilə təmin etmək üçün lazımi tədbirlərin görülməsinin yekunlaşdırılması nəzərdə tutulur.

 

I Avropa Oyunları zamanı tezliklərin maneəsiz işləməsinin təmin edilməsi, ölkəyə gətirilən radioelektron vasitələrin yoxlanılması, qeydiyyatı və radiomonitorinq avadanlıqlarının alınması üzrə tədbirlərin həyata keçirilməsi də Tədbirlər Planında yer alıb.

 

Bundan əlavə, I Avropa Oyunlarına qədər Bakı və Mingəçevir şəhərlərində yerləşən poçt şöbəsi binaları cari və əsaslı təmir olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR