Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dekabr ayının 20-dən etibarən Bakının Neftçilər prospektinin Azadlıq prospektindən Puşkin küçəsinə qədər olan hissəsi asfalt örtüyünün təmirinə bağlanıb.
"Formula-1" üzrə Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan təmir işləri 1 həftə ərzində aparılacaq. Münasib olmayan hava şəraiti və gözlənilməz hallar üzündən təmir işlərinin uzun sürəcəyi halda şəhər sakinləri əvvəlcədən məlumatlandırılacaq.