Bank Of Baku

Nigar Arpadarai "Nar"dan çıxıb

Nigar Arpadarai "Nar"dan çıxıb
# 11 iyun 2015 10:32 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İyunun 12-dən etibarən “Nar” şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai tutduğu vəzifəni tərk edir.

 

Bu barədə "APA-Economics"ə N. Arpadarai özü məlumat verib.

 

"Sabah mənim "Nar"da son günümdür. Uzun illər təmsil etmiş olduğum şirkəti tərk etmək mənim üçün asan deyil. Bu imkana görə, “Nar” rəhbərliyinə təşəkkürümü bildirirəm. Mənə əziz olan "Nar” komandasına uğurlar arzu edirəm!" - deyə N. Arpadarai bildirib.

 

N. Arpadarai əlavə edib ki, o, sabahdan 2016-cı ildə Bakıda keçiriləcək "Avropa Formula 1 Grand-prix" yarışının Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri vəzifəsində çalışacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR