Bank Of Baku

NİİM iyunun 10-u və 12-də nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı küçə və prospektlərin adlarını açıqlayıb - VİDEO

NİİM iyunun 10-u və 12-də nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı küçə və prospektlərin adlarını açıqlayıb - <span style="color: red;">VİDEO
# 09 iyun 2015 12:53 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib.

 

Məlumata görə, Bakıda məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

 

- Şəmsi Bədəlbəyli küçəsi;

 

- Səməd Vurğun küçəsi;

 

- Bül-bül prospekti;

 

- Rəşid Behbudov küçəsi;

 

- Azadlıq prospekti;

 

- İstiqlaliyyət küçəsi;

 

- Niyazi küçəsi;

 

- Şövkət Ələkbərova küçəsi.

 

12 iyun I Avropa Oyunlarının açılış mərasimi günü isə aşağıda qeyd olunan yollarda saat 16:00-dan gecə saat 02:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

 

- Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək;

 

- Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməyədək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR