Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda Nobel prospektinə paralel 8 hərəkət zolaqlı avtomobil yolunun asfalt-beton işlərinin 90%-i yerinə yetirilib.
Bunu "APA-Economics"ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
O. Mürsəliyevin sözlərinə görə, yol boyu iki dairəvi qovşaq və üç piyada keçidi olacaq: “Piyada keçidlərində tikinti-quraşdırılma işləri artıq başa çatdırılıb. Hazırda abadlıq işləri icra olunur. Yolun zolağının biri nəqliyyat vasitələrinin park edilməsi üçün nəzərdə tutulub. Hər tərəfdə səkilər də olacaq. İşlərin böyük hissəsi görülüb. 2015-ci ilin birinci rübündə həmin sahə istismara hazır olacaq”.
Qeyd edək ki, yolun ümumi uzunluğu təxminən 2 kilometrdən artıq, eni isə 45 metr təşkil edəcək.
Yolda 4 gediş və 4 gəliş zolağı olacaq.