Bank Of Baku

Nobel prospektinin bir hissəsi qısa müddətlik bağlanır

Nobel prospektinin bir hissəsi qısa müddətlik bağlanır
# 18 may 2015 15:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gecədən etibarən Nobel qardaşları prospektinin Cavanşir körpüsünə doğru, Süleyman Əhmədov küçəsi ilə kəsişməsindən Afiyəddin Cəlilov küçəsinədək olan hissəsi təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik bağlanılacaq.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Nobel prospekti ilə şəhərə doğru hərəkətdə olan nəqliyyat vasitələri Süleyman Əhmədov küçəsinə dönməklə Babək prospektinə doğru hərəkətlərinə davam edə bilərlər.

 

“Ağ şəhər” istiqamətindən çıxan nəqliyyat vasitələri üçün isə Nobel qardaşları prospektinin əks hərəkət istiqaməti ilə Neftçilər prospektinə çıxış təmin olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR