Bank Of Baku

Ötən ay Azərbaycanda avtomobil istehsalı 3% azalıb

Ötən ay Azərbaycanda avtomobil istehsalı 3% azalıb
# 17 fevral 2015 10:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahələrində 23,1 mln. manatlıq məhsul istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 18,0% azalıb, avtomobil və qoşquların istehsalı 10,5 dəfə, nəqliyyat vasitələrinin istehsalı isə 74,3% artıb.

 

Belə ki, ötən ay Azərbaycanda 38 ədəd minik avtomobili istehsal edilib. Bu, 2014-cü illə müqayisədə 2,6% azdır. Nəticədə bu ilin fevral ayının 1-nə 270 ədəd hazır məhsul ehtiyatı yaranıb.

 

Ötən ay ərzində ölkədə 32 ədəd yük avtomobili istehsal edilib. Bundan başqa, ötən ay 30 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib.

 

Yanvarda 95 ədəd traktorlar istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 14,6% azdır. Nəticədə fevral ayının 1-nə 95 ədəd hazır məhsul ehtiyatı yaranıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR