Bank Of Baku

Ötən ay Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb

Ötən ay Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb
# 04 dekabr 2014 09:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1%, sərnişindaşıma tarifləri isə 0,7% ucuzlaşıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,8%, digər xarici ölkələr üzrə isə 1,8% ucuzlaşma müşahidə olunub.

 

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,1% bahalaşıb. Noyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2% ucuzlaşıb.

 

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR