Bank Of Baku

Ötən ay Bakıda qeyri-yaşayış sahələrinin alqı-satqı qiymətləri artıb, icarə qiymətləri azalıb

Ötən ay Bakıda qeyri-yaşayış sahələrinin alqı-satqı qiymətləri artıb, icarə qiymətləri azalıb
# 29 dekabr 2014 10:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin noyabr ayı ərzində Bakı şəhərində qeyri-yaşayış sahələri bazarında ilin əvvəli ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin artması ilə yadda qalıb.

 

APA-Economics”in məlumatına görə, Bakı şəhərinin torpaq və mənzil bazarının araşdıran "MBA Consulting Group" şirkəti tərəfindən aparılan monitorinqin nəticələrinə görə, buna əsas səbəb kimi kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin dəyişməməsini göstərmək olar.

 

Ümumilikdə, bu ilin son üç ayı ərzində qiymətlərin artması ilə yanaşı ümumi satış portfelində təklifin sayının artması da baş verib. Digər seqmentlərlə müqayisədə təklif üzrə ən çox artım yer və ofis seqmenti üzrə qeydə alınıb. Hesabat dövründə daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə artım qeydə alınıb.

 

Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində 3,8% artaraq 180 ədəddən 187 ədədə qalxıb. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı noyabr ayında 116 ədəd təşkil edib.

 

Aylar üzrə təklif həcminin dinamikası

 

 

Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 52%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 25% və 18% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı  ümumi payın 5%-nə malikdir.

 

Seqmentlər üzrə təklifin strukturu

 

 

Qeyri-yaşayış obyektlərinin orta sahəsi noyabr ayı üçün 231.7 kv.m təşkil edib ki, bu da öz növbəsində ötən aya nisbətən 44.8% çoxalıb. Sahənin çoxalmasına əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifin çoxalması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində  ən böyük sahə Nizami rayonunda, Q. Qarayev m/st yaxınlığında restoran təyinatlı yer qeydə alınıb, 8000 kv.m, ən az sahəyə isə Binəqədi rayonunda, 8-ci mkr ərazisində 8 kv.m sahəyə malik olan pul dəyişmə valyuta yeri qeydə alınıb.

 

Kommersiya obyektlərinin orta sahəsi

 

 

Əvvəlki aylarla müqayisədə, noyabr ayı ərzində kommersiya obyektləri satışı bazarında müşahidə edilən artım dinamikası, orta qiymətə də öz növbəsində təsir edib. Noyabr ayı üçün bazarda orta satış qiyməti əvvəlki ay ilə müqayisədə 7,04% artaraq  4593 dollar/kv.m təşkil edib. Noyabr ayında aktivliyin artması, obyektlərin satışının ekspozisiya müddətinin də azalmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 150 gün təşkil edib. 

 

Bu ilin noyabr ayında qeyri-yaşayış sahələrinin alqı-satqısı qiymətlərinin artmasına baxmayaraq, obyektlərin icarəsi bazarında qiymətlərdə azalma müşahidə edilib. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta icarə qiyməti 17,0 dollar/kv.m. ay təşkil edib. Noyabr ayında qiymət indeksi ötən ilin müvafiq ayı ilə müqayisədə 7,71% artaraq 6,43 bənddə qərarlaşıb.

 

 

Qiymətlərin son ayda artması nisbətən I və II zonalarda, qismən azalması isə III zonada müşahidə edilib. Qeyri-yaşayış sahələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə aşağıdakı formada qeydə alınıb:

 

Sahələr

Oktyabr 2014

Noyabr 2014

Aylıq dəyişmə

Mağaza

4790

4928

2,88%

Yer

3690

3994

8,24%

Xidmət

3873

3684

-4,88%

Ofis

2683

2779

3,58%

Zirzəmi

1030

1050

1,94%

Sənaye

673

690

2,53%

 

Zonalar üzrə obyektlərin icarə qiymətlərində ümumilikdə ciddi dəyişiklik qeydə alınmayıb.

                          

Zonalar

Oktyabr 2014

Noyabr 2014

Aylıq dəyişmə

I zona

30.9

23

-0,26

II zona

18.18

18

-0,01

III zona

15.96

13,56

-0,15

IV zona

8

8

0,00

 

Cədvəldən də göründüyü kimi, şəhərin mərkəzi hissələrində obyektlərin icarə qiymətlərində nisbətən azalma, mərkəzdən kənar hissəsində isə nisbətən stabillik müşahidə edilib.

 

Seqmentlər üzrə icarə qiymətləri

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR