Bank Of Baku

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 170 min dəfəyə yaxın istifadə edilib

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 170 min dəfəyə yaxın istifadə edilib
# 10 iyun 2015 07:32 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi bütün e-xidmətlərdən bu ilin may ayında 169 717 dəfə istifadə halı qeydə alınıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti 113 827, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti 40 359, “İş yerinə dair arayış” e-xidməti isə 13 401 istifadə sayı ilə son bir ayda da əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında qərarlaşıb. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bildirişlərin nazirliyin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi vasitəsi kimi fəaliyyət göstərir.

 

Ötən ilin ortalarından həmin sistemin işə salınması “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də yaradılaraq istifadəyə verilməsinə imkan yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR