Bank Of Baku

Ötən ay rabitə xidmətlərinə görə borcun olmaması barədə mindən artıq arayış elektron qaydada əldə olunub

Ötən ay rabitə xidmətlərinə görə borcun olmaması barədə mindən artıq arayış elektron qaydada əldə olunub
# 06 iyul 2015 12:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi daha bir elektron xidmət üzrə statistikanı təqdim edib.

 

RYTN-dan “APA-Economics”ə verilən məlumata görə, iyun ayı ərzində istifadəçilər “Elektron hökumət” portalı vasitəsilə “Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış” elektron xidmətindən 1011 dəfə faydalanıblar.

 

Təqdim olunan elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, qeydiyyatda olduğu ünvan, ünvanda qeydiyyatda olan telefon nömrəsi və hansı tarixə rabitə borcunun olmaması barədə məlumat öz əksini tapır. Arayış təqdim olunacaq təşkilat elektron arayışda əks olunan QR-kod və ştrix kod vasitəsi ilə sənədin həqiqiliyini yoxlaya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR