Bank Of Baku

Ötən il Azərbaycanda 130-dan çox standart dövlət qeydiyyatına alınıb

Ötən il Azərbaycanda 130-dan çox standart dövlət qeydiyyatına alınıb
# 14 yanvar 2015 13:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Azərbaycanda ümumilikdə 132 standart dövlət qeydiyyatına alınıb.

 

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan qanunvericiliyində texniki tənzimləmə və standartlaşdırma sahəsinə aid olan tədbirlərin icrasının təmin olunması, ölkənin texniki normativ bazasının təkmilləşdirilməsi və müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə əlaqədar qida məhsulları, informasiya texnologiyaları, ekologiya, turizm, keyfiyyətin idarə olunması, mebel, geomatika, ağır sənaye, metrologiya və digər sahələrdə komitə tərəfindən əlaqələndirilən standartlaşdırma üzrə texniki komitələr yeni standartların hazırlanması üzrə işləri davam etdiriblər.

 

Məlumata görə, qəbul olunan yeni standartların 74-ü yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) inşası və gələcək fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Neft Şirkəti və Komitənin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu arasında bağlanmış saziş çərçivəsində beynəlxalq və regional standartlar əsasında qəbul olunmuş standartlardır.

 

Qida təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq Kodeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilib. Belə ki, Kodeks Alimentarius standartları əsasında 5 milli standart layihəsi hazırlanıb və hazırda onlar son ekspertiza mərhələsindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR