Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat İdarəsi Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov “APA-Economics”ə bildirib ki, 2015-ci il yanvarın 1-nə olan statistikaya görə, ötən il 2 834 inzibati xətalar üzrə protokol tərtib olunub.
“Buraya həm sükan arxasında telefonla danışma, sükan arxasında siqaret çəkmə, habelə lisenziya olmadan nəqliyyat vasitəsini idarə etmək daxildir”, - deyə Ə. Cəfərov qeyd edib.