Bank Of Baku

Ötən il Azərbaycanda özəlləşdirilən müəssisə, obyekt və torpaq sahələrinin statistikası açıqlanıb

Ötən il Azərbaycanda özəlləşdirilən müəssisə, obyekt və torpaq sahələrinin statistikası açıqlanıb
# 30 yanvar 2015 15:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən kiçik özəlləşdirmə formasında 770-dən çox müəssisə və obyekt, 650-yə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

 

APA-Economics”in məlumatına görə, bunu ƏMDK tərəfindən 2014-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə komitə sədri Kərəm Həsənov bildirib.

 

Onun sözlərinə görə, ötən il ərzində 530-dan çox qeyri-yaşayış sahəsi və 400-dən çox torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib: “Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 52 pul hərracında 33 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 28,2 milyon manat məbləğdə investisiya qoyulub. Hesabat dövründə 5 680-ə yaxın dövlət müəssisə və təşkilatı “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma»sını təqdim ediblər. Bunlardan 2 400-dən çoxu elektron xidmət vasitəsilə təqdim edilib”.

 

K. Həsənov deyib ki, komitənin sərəncamında olan dövlət müəssisələrindən 55-i və dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 205-i illik balans hesabatlarını təqdim ediblər: “Hesabat dövründə 5 798 müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb, 3 739 ədəd Registrdən çıxarış sənədi hazırlanıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR