Bank Of Baku

Ötən il Gürcüstandan Azərbaycana avtomobil ixracı 2,5 dəfə azalıb

Ötən il Gürcüstandan Azərbaycana avtomobil ixracı 2,5 dəfə azalıb
# 23 yanvar 2015 07:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Gürcüstandan Azərbaycana 267 957,9 min dollar dəyərində 17 553 minik avtomobili ixrac olunub.

 

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

 

Bu göstərici 2013-cü il ilə müqayisədə 27 409 avtomobil və ya 2,56 dəfə azdır. 2013-cü ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 33,2% azalıb.

 

Qeyd edək ki, ötən ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 49,2% təşkil edib.

 

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 51,75%-ni təşkil edib.

 

Ötən il ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 19,02% təşkil edib.

 

Qeyd edək ki, ötən il Gürcüstandan Azərbaycana 544 418,9 min dollar dəyərində məhsul  ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR