Bank Of Baku

Paytaxtın təkrar mənzil bazarında qiymətlər artıb

Paytaxtın təkrar mənzil bazarında qiymətlər artıb
# 29 oktyabr 2015 14:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sentyabr ayı ərzində Bakının təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1549 dollar/kv.m-dən 4,45% artaraq 1618 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1 623 manat/kv.m-dən 4,47% artaraq 1 696 manat/kv.m bəndində qərarlaşıb.

 

APA-Economics”in məlumatına görə, bu barədə “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun hazırladığı hesabatda deyilir.

 

 

Son ayda müşahidə edilən kiçik qiymət artımı sırf təkrar əmlak bazarında baş verən struktur dəyişikliyi ilə əlaqəlidir. Yəni, sentyabr ayında təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillər sırasında bahalı mənzillərin payı ötən aylara nisbətən çox olub. Buna da səbəb ucuz mənzillərin satılaraq təklif portfelində sayının azalmasıdır.

 

Ümumilikdə əmlak bazarında alıcılıq qabiliyyətinin aşağı səviyyədə olması təklif portfelinin artmasına gətirib çıxardıb. Təkrar mənzil bazarında sürən passivliyin nəticəsi olaraq sentyabr ayında təklif həcmi 6,8% artıb. Avqust ayında ümumi təkliflərin sayı 1 083 olduğu halda, bu rəqəm sentyabr ayında 1163 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 39,0% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar mənzillərin sayının böyük həcmdə aşağı düşməsi bazardakı ciddi durğunluqdan xəbər verir. Dünyada və daxili bazarda baş verən dəyişikliklərə görə satıcılar mənzillərini satışdan çıxardaraq gözləmə mövqeyini tutmaqdadırlar.

 

Ötən aylarda olduğu kimi bu ay da, təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 56,0%-ə bərabər olub.

 

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 42,0%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1195 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 41%-ni 1500-2000 dollar/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1720 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2 000 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 17,0% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2445 dollar/kv.m təşkil edib.

 

 

Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə bütün növ otaqlı mənzillərin sayında artım baş verib. Təklif üzrə ən çox artım 2 və 3 otaqlılar üzrə qeydə alınıb. Təkliflə yanaşı otaqlar üzrə qiymətlər üzrə də dəyişmə baş verib.

 


 

 

Aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib, müvafiq olaraq 12,76%, 11,18%, 11,84% və 37,63%.

 

 

Ötən ayda layihələr üzrə qiymət artımı daha çox arxitektura və “stalinka” layihələrində qeydə alınıb, müvafiq olaraq 5,69% və 4,1%. Layihələr üzrə qiymət azalması isə yalnız Kiyev layihəli mənzillərdə hiss edilib, - 1,13%. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1618 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 54,0%-ə malikdir. Mənzillərin orta sahəsi 77,72 kv.m, orta otaq göstəricisi isə 2,38 təşkil edir. Hər otağın orta satış qiyməti 53 000 dollar, mənzilin orta qiyməti isə 126 000 dollar təşkil edib.

 

Ay ərzində rayonlar üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun baş verib. Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:

 

Sentyabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Nəsimi, Yasamal və Nərimanov rayonları olub. Təkrar mənzil bazarında qiymət indeksi avqust ayı ilə müqayisədə bu ay 0,31 bənd artaraq 7,19 bəndində qərarlaşıb.

 


 

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “stalinka” layihəli 3 otaqlıda qeydə alınıb. “Sahil” metro stansiyası yaxınlığında yerləşən 72 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4 600 təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda, Məhəmmədi kəndində yerləşən orta təmirli 80 kv.m-lik sahəyə malik “yeni tikili” layihəli, 3 otaqlı mənzildə qeydə alınıb, 571 dollar/kv.m.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR