Bank Of Baku

Peşə bayramı öncəsi “Azəryolservis”in əməkdaşları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

Peşə bayramı öncəsi “Azəryolservis”in əməkdaşları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - <span style="color: red;">FOTO
# 20 fevral 2015 11:09 (UTC +04:00)

Bakı - APA-Economics. Fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı əsasən, hər il fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, bu münasibətlə ASC-nin  kollektivi fevralın 20-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

 

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR